Ronaldodan azarkeşə sərt reaksiya-VIDEO

Ronaldodan azarkeşə sərt reaksiya-VIDEO

Çempionlar Liqasının "Yuventus” və "Bayer” komandalarının görüşündən sonra meydana çıxan azarkeş Kriştianu Ronaldonu özündən cıxarıb. "Yuventus”un portuqaliyalı hücumçusu ilə şəkil çəkdirmək istəyən azarkeş futbolçunun boynundan sıxaraq, özünə yaxınlaşdırmağa çalışıb. Azarkeşin belə sərt hərəkəti Ronaldonun qəzəbinə səbəb olub. O, azarkeşdən uzaqlaşıb. Daha sonra mühavizəçilər həmin azarkeşi meydandan uzaqlaşdırıblar.
Qeyd edək ki, Ronaldonun fərqləndiyi qarşılaşma "Yuventus” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.