Türk və fransız azarkeşləri arasında kütləvi dava- VIDEO

Türk və fransız azarkeşləri arasında kütləvi dava- VIDEO

Parisin mərkəzində "Park de Frens” stadionunun yaxınlığında PSJ və "Qalatasaray” oyunundan əvvəl hər iki klubun azarkeşləri arasında qarşıdurma baş verib. Məlumata görə, polis "Qalatasaray” azarkeşlərini tez bir zamanda həmin ərazidən uzaqalaşdırıb. Onlar gözyaşardıcı qazdan istifadə edərək, türk fanat qruplaşmalarını hadisə yerindən uzaqlaşmağa məcbur ediblər. Paris polisləri küçələri azarkeşlərdən təmizlədikdən sonra yerdə döyülmüş və tamamilə çılpaq bir adama rast gəliblər.
Qeyd edək ki, oyunu izləmək üçün Parisə təxminən 1500-ə yaxın "Qalatasaray” azarkeşi gəlib. PSJ nümayəndələri biletlərin satışı zamanı maksimum diqqətli olub, Fransa və
Türkiyə komandalarının azarkeşlərini müxtəlif hissələrdə əyləşdiriblər.
Xatırladaq ki, PSJ və "Qalatasaray” komandaları arasında matç Fransa təmsilçisinin 5-0 hesablı qələbəsi ilə başa çatıb.