Ştiqlits WBO çempionu titulunu qazanıb

Ştiqlits WBO çempionu titulunu qazanıb

Almaniyanı təmsil edən Robert Ştiqlits WBO versiyası üzrə 76,2 kq çəki dərəcəsində dünya çempionu titulunu müdafiə edib. Drezden şəhərində təşkil edilən döyüşdə almaniyalı idmançı Yaponiya boksçusu Yudzo Kiyotunu məğlub edib. Qalib döyüşün sonunda hesablanan xallara görə müəyyən edilib. Yarışı idarə edən bütün hakimlər qələbəni Ştiqlitsə veriblər - 99:90 (iki dəfə) və 100:89.