“El-Klasiko”da 17 ildən sonra hesab açılmadı

“El-Klasiko”da 17 ildən sonra hesab açılmadı

Dekabrın 19-da futbol üzrə İspaniya La Liqasının 10-cu turunun təxirə salınmış oyunu keçirilib.
İspaniya çempionatının iki əzəli rəqibi "Barselona” və "Real Madrid” klubları qarşılaşıb. Gərgin hücumlarla yadda qalan birinci hissədə hesab açılmayıb. Fasilədən sonra irəli atılan hər iki komanda qapı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Görüşün 71-ci dəqiqəsində Madrid təmsilçisi hesabı açsada hakim oyundan kənar vəziyyət qeydə alıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Beləliklə, 17 ildən sonra La Liqa çərçivəsində keçirilən "El-Klasiko”da hesab açılmadı. Bu kmandalar La Liqa çərçivəsində sonuncu dəfə 2002-ci ildə qolsuz heç-heçəyə razılaşmışdılar.
On yeddinci turdan sonra hər iki komanda 36 xal toplayaraq birinci və ikinci yerləri bölüşürlər.
Qeyd edək ki, 93 min 426 nəfərin bir başa izlədiyi görüşdə hakim 7 sarı vərəqə göstərib.
Bu komandalar indiyədək bütün turnirlərdə 275 dəfə qarşılaşıblar. Onlardan 115-də "Barselona”, 99-da "Real Madrid” qalib gəlibsə, 61 matçda heç-heçə qeydə alınıb. Kataloniyalılar top fərqində də üstündürlər – 482:446.
Xatırladaq ki, təqvimə əsasən, cari mövsümün ilk "El-Klasiko”su oktyabrın 26-da olmalı idi. Lakin qarşılaşma Kataloniyanın müstəqilliyi ilə bağlı etiraz aksiyaları səbəbindən təxirə salındı.