Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşəcək

Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşəcək
 
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq "Zirə" "Səbail"i qəbul edəcək. Komandalar arasında "ASCO Arena"dakı birinci oyunda hesab açılmayıb.
Günün digər matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri sabah keçiriləcək.

19 dekabr
15:00. "Zirə” – "Səbail” Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli Zirə İdman Kompleksinin stadionu İlk oyun - 0:0

18:00. "Sabah” – "Qəbələ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov "Bank Respublika Arena” İlk oyun - 0:3

20 dekabr (cümə)
17:00. "Sumqayıt” – "Neftçi” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov "Kapital Bank Arena”

20:00. "Keşlə” – "Qarabağ” Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov "ASCO Arena”