Almeyda: “"Qarabağ"dan ayrılıram"”

Almeyda: “"Qarabağ"dan ayrılıram"”

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Ağdam klubunu tərk edib. Bu barədə millimizin üzvü Qazaxıstanın sports.kz saytına müsahibəsində deyib: "Qarabağ"dan ayrılıram". O, "Astana"ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub". 30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur". Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır.