Cüdo üzrə ölkə çempionatı start götürdü

Cüdo üzrə ölkə çempionatı start götürdü
Dekabrın 24-də Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb. Turnirdə ümumilikdə 43 komandanın tərkibində 357 cüdoçu mübarizə aparır. Yarış 3 gün davam edəcək.
Çempionat çərçivəsində cüdoçular komanda yarışlarında da mübarizə aparacaqlar.