Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunun keçirilmə yeri və başlama vaxtı dəqiqləşib.
Çempionatda Avropa Olimpiya Təsnifat Turniri ilə bağlı yaranan qısa fasilə başa çatdı. Bu gün saat 17:00-da UNEC “Murov”u sınağa çəkəcək. Görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, mövsümdə hələlik iki matç təşkil olunub. “Mübariz” “Murov”a, “Azərreyl” isə “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Super Liqasında yaranan qısa fasilə başa çatdı