Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə azarkeşlər üç görüş izləyiblər. “Başakşəhər” doğma meyanda “Kırklarelispor”u qəbul edib. Komandalar ilk hissədə fərqlənə bilməyiblər. Oyunun ikinci hissəsində tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarıblar – 1:1. Super Liqada turnir cədvəlinin lideri olan “Sivasspor” “Yeni Malatyaspor”u qəbul edib. Meydan sahibləri qonaqların qapısından dörd cavabsız top keçirib. “Kayserispor” İstanbul təmsilçisi “Fənərbağça”nı qəbul edib. Prosneyeçkinin başçılığı altında ilk oyununa çıxan “Kayserispor” quru hesablı heç-heçə edib.
“Başakşəhər” – “Kırklarelispor” – 1:1.
Qollar: Aleksiç, 79, (1:0), Atac, 90 (1:1)
“Sivasspor” – “Yeni Malatyaspor” – 4:0.
Qollar: Yandas, 22, 49, Klınç, 26 – pen, Yatabare, 45.
“Kayserispor” – “Fənərbaxça” – 0:0.