Formula 1 Bəhreyn Qran-Prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.
Bu barədə qərarı Qran-Prinin təşkilat komitəsi qəbul edib. Bəhreynli funksionerlər problemlə əlaqədar bəyanat yayaraq risk etmək istəmədiklərini bildiriblər.
Təşkilatçılar artıq məsələ ilə bağlı Formula 1 rəhbərliyi ilə anlaşıblar. Yarış martın 20-dən 22-dək “Saxir” trasında keçiriləcək. Bu, çempionatın təqvim üzrə ikinci turniridir.
Xatırladaq ki, koronavirus epidemiyasına görə bu mövsüm artıq Çin Qran-Prisi təxirə salınıb.
Bəhreyn Qran-Prisi azarkeşsiz keçiriləcək