Paytaxtımızda keçirilən dünya kuboku yarışları davam edir

Paytaxtımızda keçirilən dünya kuboku yarışları davam edir

Milli Gimnastika Arenasında Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
Yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edirlər.
Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.