İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter koronavirusdan dünyasını dəyişib.
Bu barədə klubun saytı məlumat yayıb. Onun 76 yaşında koronavirusdan müalicə olunduğu xəstəxanada öldüyü bildirilib.
Qeyd edək ki, 1962-1976-cı illərdə "Lids Yunayted"in formasını geyinən Hunter iki dəfə İngiltərə çempionu olub. Keçmiş müdafiəçi DÇ-1966-nın qalibi olan İngiltərə millisinin heyətində yer almışdı.
Daha bir məşhur futbolçu koronavirusdan öldü
