Milli Olimpiya Komitəsi Qazaxıstan MOK-nun çağırışını qəbul edib

Milli Olimpiya Komitəsi Qazaxıstan MOK-nun çağırışını qəbul edib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşları bu günlərdə aktiv fəaliyyətlərə ortaq olmaqda davam edirlər. Azərbaycan idmançıları kimi, onlar da evdə qalaraq idmandan qalmamağın mümkün olduğunu sübut ediblər.

Qazaxıstan Milli Olimpiya Komitəsinin çağırışını qəbul edən MOK əməkdaşlarının aktiv ev məşqlərindən ibarət videoçarx hazırlanıb və sosial şəbəkələrdə paylaşılıb.