Gimnastımız dünya kubokunun bürünc medalına layiq görüldü

Gimnastımız dünya kubokunun bürünc medalına layiq görüldü

Beynəlxalq Gimnastika Federasiyası koronavirus (COVID-19) pandemiyası səbəbindən Bakıda ləğv edilən idman gimnastikası üzrə dünya kuboku ilə bağlı qərar qəbul edib.

Təşkilatın İcra Komitəsinin videokonfrans vasitəsilə keçirilmiş iclasında kubokun martın 12-13-də baş tutmuş təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qeydə alınması qərarı verilib. Bu qərardan sonra Azərbaycan gimnastı Marina Nekrasova dayaqla tullanma yarışlarında bürünc medala layiq görülüb.