Ukraynanın Mariopol şəhərində Makar Mazayın xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib. "İliçevets” İdman Sarayında keçirilən yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Sayca 47-ci dəfə təşkil olunan turnirdə komandamız 1 gümüş və 3 bürünc medala yiyələnib. 64 kq çəki dərəcəsində mübarizə aparan Kamran Baxşəliyev finala kimi irəliləsə də, həlledici döyüşdə yerli idmançı Aleksandr Qreçixə uduzub. Digər təmsilçilərimizdən Əbdürrəhman Şirinov (52 kq), Fərid Ağamoğlanov (56 kq) və Ariz İbrahimov (60 kq) isə Mariopolu bürünc medalla tərk ediblər.