Formula 1 hüquqlarının sahibi, Liberti Media şirkətinin prezidenti Qreq Maffey qarşıdan gələn mövsüm ilə bağlı fikirlərini bildirib. O etiraf edib ki, təşkilat 2020-ci ildə bir yarışın belə keçiriləcəyi variantını istisna etmir. Yeni mövümün başlama tarixi hələ də məlum deyil. İlk Qran-pri yarışlarının iyul ayının əvvəli Avstriyada keçiriləcəyi proqnozlaşdırılır. “Biz heç bir yarışın keçirilməməsi amilini də nəzərdə saxlayırıq. Hətta mövsümün başlamasına bizim heç bir zəmanətimiz yoxdur", - deyə Q.Maffey vurğulayıb.
“Mövsümün başlamasına bizim heç bir zəmanətimiz yoxdur”