Formula 1 üzrə dünya çempionatının yeni mövsümünün təxmini başlama tarixi müəyyənləşib. Bu barədə qurumun rəsmi twitter səhifəsi məlumat yayıb.
Bildirilib ki, mövsümün 15-18 yarışdan ibarət olması və həftəsonları keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçirilməyən Formula 1 "yaşıl qitə"dən start götürəcək. Belə ki, iyulun 3-5-də Avstriya Qran-Prisi təşkil olunacaq.
Qeyd edək ki, mövsümün əvvəlki 10 mərhələsindən 3-ü ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.