Bu il Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçirilə bilər. Bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Qeyd olunur ki, ilkin yarış cədvəlinə əsasən 2020-ci il mövsümündə 17 mərhələ baş tuta bilər. Nəzərdə tutulan cədvəl reallaşdırılsa, mövsümün ilk yarışı Avstriyada keçiriləcək. İlk yarışın iyulun 5-də və 12-də Şpilberqdə keçirilməsi planlaşdırılır. Son mərhələ isə dekabrın 13-də Əbu-Dabidə keçiriləcək. Bakıdakı yarış mövsümün yeddinci mərhələsi ola bilər.
Formula-1 pilotları payızda Bakıya gələcək