Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2020-ci ildə Formula 1 Azərbaycan Qran-prisinin sentyabrın 6-da keçiriləcəyi ilə bağlı Almaniyanın "Bild" nəşrinin yaydığı məlumata aydınlıq gətirib.
Formula 1 şirkəti çempionatın 2020 il üçün yeni təqvimini hələ elan etməyib:
"Ona görə də hər hansı bir kütləvi informasiya vasitəsi tərəfindən yarışların tarixlərini açıqlayan məlumatlar həqiqətə uyğun deyil".
Qeyd olunub ki, yarışın sentyabrın 6-sında keçirilməsi qeyri-rəsmi məlumatdır və doğru deyil:
"Hazırda Bakı Şəhər Halqasının işçi heyəti məzuniyyətdədir və ölkədə karantin rejimi elan olduğuna görə yarışla bağlı heç bir tikinti işi aparılmır"