Formula 1 üzrə dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkətinin nümayəndələri 2020-ci ilin birinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlərin 16 faiz azaldığı müəyyənləşib.
2019-cu ilin ilk rübündə bu göstərici 246 milyon ABŞ dolları təşkil edibsə, indi cəmi 39 milyon dollar olub.
Ən çox yayım hüquqlarının satışı və sponsor şirkətlərdən daxil olan gəlirlər 93 faiz azalıb.
"Liberty Media"nın komandalara hələ ki, ödəniş etmədiyi də vurğulanıb. Halbuki keçən il çempionatın iştirakçıları ilin ilk üç ayda 96 milyon dollar alıblar.
Qeyd edək ki, 2020 mövsümünün startı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İlk Qran-prinin iyulun 5-də Avstriyada keçiriləcəyi bildirilir.
Formula 1-in gəlirləri 16 faiz azalıb