Voleybol üzrə Avropa çempionu Aleksey Spiridonova iki naməlum şəxs hücum edib. Məlumata görə, onlardan birinin üzərində bıçaq olub. Hadisə Moskva şəhərinin Kiyev şossesində baş verib. Zərərçəkən bu barədə deyib: “Hücum edənlərdən birini yumruqla vuranda, digəri bıçağa əl atdı. Hadisə zamanı yanımda dostum var idi və o, mənə hücum edənlərdən canımı qurtarmağa kömək etdi. Xoşbəxtlikdən nə mən, nə də dostum xəsarət almadıq. Hər şey yaxşıdır”.
O, həmçinin gündüz vaxtı iki böyük insana necə və hansı cəsarət ilə hücum edildiyini də anlamadığını vurğulayıb.
Qeyd edək ki, Aleksey Spiridonov Rusiya millisinin tərkibində 2013-cü ildə Avropa çempionu, 2011 və 2013-cü illərdə isə dünya çempionu adını qazanıb.