Voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümündəki təmsilçilərimizdən biri bəlli olub.
Bakının qadın voleybolçularından ibarət “Azərreyl” klubudur.
Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Azərbaycan Super Liqasının liderinə ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmək hüququ verilib. Yarış başa çatmasa da, Azərbaycan Voleybol Federasiyası ölkənin ən köklü klubunun yenidən Avropada iştirakını məqsədəuyğun sayıb. Paytaxt təmsilçisi “Çağırış” kuboku yarışlarında mübarizə aparacaq. Azərbaycan və “Azərreyl” bununla da birillik fasilədən sonra qitə səhnəsinə qayıdacaq.