Beynəlxalq Avtomobil Federasiyası (FİA) Formula 1 avtomobillər sinfində dünya çempionatının yarış mövsümünün iyulun 5-də başlaması variantını qəbul edib. Bu barədə "The Judge 13" portalı bildirib. Mənbə bildirir ki, Formula 1 rəhbərliyi mayın 8-də FİA-dan müvafiq bildiriş alıb. Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq. Yarışlar tamaşaçısız keçiriləcək, avtodroma yalnız yayımı təmin edən televiziya qrupları buraxılacaq.
Formula 1 mövsümünə iyulda start veriləcək