Dünya çempionatı üç ildən sonra​ keçiriləcək

Dünya çempionatı üç ildən sonra​ keçiriləcək

2023-cü ildə keçiriləcək kişilər arasında basketbol üzrə dünya çempionatının dəqiq tarixi açıqlanıb. Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytının və məlumata görə çempionat avqustun 25-dən sentyabrın 10-dək keçiriləcək.

FIBA ev sahibi ölkələrlə məsləhətləşəndən sonra turnirin vaxtı ilə bağlı qərar verib.

Qeyd edək ki, dünya çempionatında qrup mərhələsinin oyunları İndoneziya, Yaponiya və Filippində, final mərhələsi ilə Fillipinin paytaxtı Manilada keçiriləcək. 2019-cu ildə Çində keçirilən yarışın finalında İspaniya Argentinanı məğlub edərək (95:75) qalib olub.