Karl Froç həmvətəni ilə döyüşəcək

Karl Froç həmvətəni ilə döyüşəcək


İBF və WBA versiyası üzrə 76,2 kq çəki dərəcəsində döyüşən britaniyalı boksçu Karl Froç növbəti döyüşünü öz həmvətəni Corc Qrouzla keçirəcək. Boksçular arasında döyüşün bu il noyabrın axırları, dekabrın əvvəllərində keçirilməsi nəzərdə tutulur. Boksçu bununla bağlı deyib: "Qrouzu çoxdan tanıyıram, onunla məşqlərdə bir yerdə çox olmuşam. Bu matça son dərəcə məsuliyyətlə yanaşıram. Mən ona nəyə qadir olduğumu sübut edəcəyəm”.
Xatırladaq ki, Froç mayda Mikkel Kesslerlə mübarizədə WBA versiyası üzrə dünya çempionu titulunu özü üçün təmin edib.