“Kral yarışlar”nın ən nüfuzlu şəxsi kimdir?

“Kral yarışlar”nın ən nüfuzlu şəxsi kimdir?

Formula 1 yarışlarının yeddiqat çempionu Mixael Şumaher “Kral yarışları” tarixində ən nüfuzlu şəxs adlandırılıb. Belə ki, Formula 1-in rəsmi saytı pley-off sistemi üzrə səsvermə təşkil edib.

Birinci turda M.Şumaxer Niki Laudanı (56 faiz, 44 faiz əleyhinə), daha sonra Ayrton Sennanı (52 faiz, 48 faiz əleyhinə) və Huan Manuel Fanhionu (72 faiz, 28 faiz əleyhinə) məğlub edib. Yarımfinalda Mixael Şumaxer uzun illər komandasının şərəfini qoruduğu​ “Ferrari” konserninin banisi Enco Ferrari ilə üz-üzə gəlib. Azarkeşlər “Qırmızı Barona” 54 faiz səs, E. Ferrariyə isə 46 səs faizi veriblər.

Nəhayət, M.Şumaxerin final mərhələsindəki​ rəqibi Formula 1 yarışlarının uzun illərdir rəhbəri olan Berni Ekklstoun olub. 39 faiz səs əleyhinə 61 faiz səs toplayan Mixael Şumaxer səsvermənin qalibi elan edilib.