Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb.
İcraiyyə Komitəsinin qərarı ilə 2021-ci ildə keçirilməsi planlaşdırılan yeniyetmələr arasında idman və bədii gimnastika üzrə dünya çempionatlarının vaxtı dəyişdirilib. Təşkilatçılar bu qərarı Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına görə veriblər.
Qeyd edək ki, hər iki dünya çempionatı 2023-cü ildə təşkil olunacaq.