Formula-1 üzrə dünya çempionatının 2020-ci ildə keçiriləcək ilk mərhələləri rəsmən qapalı tədbir adlanacaq və bağlı qapılar arxasında keçiriləcək.
Koronavirusun yayılma riskini azaltmaq üçün komandaların personalının sayı da minimuma endiriləcək.
Hər komanda mərhələyə 80-dən artıq əməkdaşını apara bilməz. Onlardan yalnız 60-ı hər iki bolidlə çalışmaq hüququna malik olacaq. Sponsorlar, marketinq, ictimaiyyətlə əlaqələr, təhlükəsizlik və nəqliyyatla bağlı əməkdaşlar isə bu məhdudiyyətə daxil deyil.
İlk qapalı tədbirin Avstriyadakı yürüşlərin olacağı və Avropadakı sonrakı Qran-Prilərin də istisna təşkil etməyəcəyi gözlənilir. Yarışın rəhbərliyi artıq ilin ikinci yarısında tamaşaçıların tribunalarda peyda olmasına ümid edir.