Azarkeşlərdən maraqlı dəstək

Azarkeşlərdən maraqlı dəstək

Koronavirus pandemiyasına görə oyunları azarkeşsiz keçirilən Danimarka Super Liqasında maraqlı hadisə yaşanıb.

“Orhus” klubu “Randers” ilə matçda texnologiyanın sayəsində stadionda azarkeşlərlə canlı yayım açıb.

“Zoom” proqramı ilə yayıma qoşulan azarkeşlər stadionda böyük ekranlarda görünüb. Onlar evdə matçı izləyib, komandaya dəstək olublar.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.