Olimpiya çempionu vəfat etdi

Olimpiya çempionu vəfat etdi

ABŞ-ın atletika üzrə 3 qat Olimpiya çempionu Bobbi Morrou vəfat edib.

Keçmiş sprinter 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bobbi Morrou 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilmiş XVI Yay Olimpiya Oyunlarında 100 və 200 metr məsafəyə qaçışda, həmçinin 4x100 m estafet yarışında qızıl medal qazanıb.