Millimiz mövqeyini qorudu

Millimiz mövqeyini qorudu

Beynəlxalq Voleybol Federasiyası (BVF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Millimiz 26-cı pillədə qərarlaşıb.

Siyahıya 391 xalla Çin voleybolçuları başçılıq edirlər. İlk üçlüyü ABŞ (382 xal) və Braziliya (328) yığmaları tamamlayır.