Ləğv olunan Azərbaycan Qran-prisi: bəs biletlər?

Ləğv olunan Azərbaycan Qran-prisi: bəs biletlər?

Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə bilet alanların məsələsinə aydınlıq gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)​ verilən məlumata görə, əvvəlcə təxirə salınan, ardınca ləğv olunan yarış üçün alınan biletlərlə bağlı iki variant təklif edilib.

Biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə​ [email protected]​ elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda, həmin biletlər gələn il baş tutacaq yarış üçün qüvvədə qalacaq.