İki çəki dərəcəsi üzrə UFC-nin keçmiş çempionu Konor Maqreqorun məşqçisi Con Kavana, döyüşçünün idman karyerasını bitirdiyini təsdiqləyib. “Konor idmanı tərk edib? Elə olduğu görünür. Onun özü bu barədə deyib. Mən heçnə edə bilmərəm. Çətin ki, onu bu fikrindən daşındıra bilim. Konor özü qərar verir”,- deyə məşqçi bildirib.
Qeyd edək ki, 31 yaşlı irlandıyalı döyüşçü karyerasını bitirməsi ilə məlumatı şəxsi Twitter hesabında paylaşıb. Onu da bildirək ki, o, daha əvvəl iki dəfə də belə bir xəbəri azarkeşləri ilə bölüşmüşdü.