"Milan" dörd oyundur məğlub olmur

"Milan" dörd oyundur məğlub olmur

İtaliya A seriyasında 30-cu turun oyunları keçirilib. "Latsio" doğma meydanda"Milan"ı qəbul edib. Görüş "Rossonyerlər"in üstünlüyü ilə bitib. Qonaqlar üç xalı üç qolla qazanıblar.

"Milan" çıxdığı son 4 oyundan 3-də qələbə qazanıb.
Qeyd edək ki, Turnir cədvəlinə 75 xalı olan "Yuventus" başçılıq edir. "Latsio" məğlub olmasına baxmayaraq ikinci pillədəki yerini qoruyub. Paytaxt təmsilçisinin 68 xalı var. Qələbə sayəsində xal ehtiyatını 46-ya çatdıran "Milan" altıncıdır.

"Latsio" - "Milan" 0:3

Qollar: Çalhanoğlu, 23, İbrahimoviç, 34, Rebiç, 59.