Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) velosiped idmanının BMX növü üzrə 2020-ci ildə keçirilməsi planlaşdırılan dünya çempionatını ləğv edib.
Bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Yarış mayın 26-dan 31-dək Amerikanın Hyuston şəhərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən turnir əvvəlcə qeyri-müəyyən vaxta təxirə salınsa da, təşkilatçılar dünya çempionatı üçün alternativ tarix müəyyənləşdirə bilmədiklərindən çempionat ləğv olunub.
Qeyd edək ki, BMX üzrə növbəti dünya çempionatı 2021-ci ilin avqustun 20-dən 25-dək Hollandiyada keçiriləcək.