Dana Uayt:​​ “Çox təəssüflənirik”

Dana Uayt:​​ “Çox təəssüflənirik”

UFC-nin rəhbəri Dana Uayt yüngül çəkidə çempion olan Həbib Nurməhəmmədovun narahat etmək istəmədiyini bildirib. Buna səbəb isə bir müddət əvvəl rusiyalı döyüşçünün atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovun vəfat etməsidir.

“Bu, dəhşətdir. Həbibə görə çox təəssüflənirik. Atasını necə sevdiyini və nə qədər yaxın olduqlarını bilirik. Onun bu hadisədən sonra özünə gəlməsi üçün vaxt verəcəyik. Həbibin normaya düşməsi və nə edəcəyinə qərar verməsi üçün onu bir müddət tək buraxacağıq. Daha sonra bu məsələni müzakirə edəcəyik”, - deyə D.Uayt deyib.​ ​