Boks üzrə dünya çempionu Vitali Kliçko ailəsi ilə birlikdə paraşütdən tullanıb. Onun sözlərinə görə, bu, ailə üzvlərinin sevincinə səbəb olub. "Mən bir neçə dəfə paraşütlə tullanmışam. Uşaqlarım və həyat yoldaşım isə debüt edirlər. Xüsusilə, uşaqlar çox sevinirdilər. Oğlanlarım Yeqor və Maksim neçə müddət idi ki, bu barədə xahiş edirdilər. Qızım Liza da qorxmadı və instruksiyanı diqqətlə öyrəndi. O, hətta anasını da köməklik göstərdi”, - deyə Kliçko öz saytında məlumat verib.