MMA-nın ən yüngül çəkidə mütləq döyüş çempionatının (UFC) birinci pilləsində yer alan qarışıq üslub döyüşçüsü Marlon Moraesin koronavirus testi müsbət nəticə verib. 32 yaşlı braziliyalı xəstəliyin ilk simptomlarını təxminən 10 gün əvvəl hiss etdiyini söyləyib.
“Təəssüf ki, mən və həyat yoldaşım virusa yoluxduq. Özümüzü halsız və zəif hiss edirdik. Məhz bundan sonra virusun simptomlarını daha şiddətli şəkildə hiss etməyə başladıq. Xəstəxanada qalmalı olmadığım məni sevindirdi. Lakin oraya həyat yoldaşımı aparmalı oldum. Biz xəstəxanada bir gün qaldıq. Həyat yoldaşıma dərmanlar yazdıqdan sonra onu nəzarətdə saxladılar”, - deyə o, bildirib.
Qeyd edək ki, Marlon Moraesu UFC-də 30 döyüş keçirib. Onlardan 23 qələbə qazanıb, altı döyüşdə məğlub olub və bir qarşılaşması heç-heçə başa çatıb.