Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionu Yekaterina Aleksandrovskaya bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rusiyalı idmançının evində baş verib. 20 yaşlı Aleksandrovskaya 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Gecə yıxılan Yekaterinanın cəsədi bir müddət sonra pəncərənin altından tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.
Bu yaxınlarda Kanadadakı yarışda uğursuz çıxış edən Yekaterina Aleksandrovskayanın depressiyadan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, rusiyalı idmançı 2016-cı ildə vətəndaşlığını dəyişərək, Avstraliya millisi üçün yarışıb. O, 2017-ci ildə cütlərin mübarizəsində gənclər arasında dünya çempionatının qalibi olub.