“Leykers” basketbol klubunun əfsanəsi Kobe Brayantın çempionluq üzüyünün sürəti “Golden Auctions” hərracında 132 min dollar satılıb.
Xatırladaq ki, 1999-2000-ci illər mövsümündəki qələbədən sonra K.Bryant valideynlərinə çempionluq üzüyünün sürətlərini hədiyyə edib. 2013-cü ildə Kobi Brayantın anası Pamela Brayant, oğlunun üzüklərini və onun altı şəxsi əşyasını yerli kolleksiyaçıya 280 min dollara satıb. Basketbolçu satışa mane olmağa çalışsa da, məhkəmə valideynlərin əşyalarını satmasına icazə verdi. May ayının sonunda isə kolleksiyaçı Pamela Brayantın üzüyünü 206 min dollara satıb. idmançının atası Co Brayanta məxsus ikinci üzük üçün 250 min dollar ödəniləcəyi planlaşdırılırdı.
Xatırladaq ki, “Lakers”in əfsanəvi müdafiəçisi bu il yanvarın 26-da Kaliforniyada helikopter qəzası nəticəsində həlak olub.