NBA-nın keçmiş basketbolçuları - Treysi Makqredi və Cermen Onillə birlikdə yeni agentlik açmağı planlaşdırırlar. «Olimpiyadunyası.com»«Sport İllustrated»ə istinadən xəbər verir ki,yeni agentilik «Seven1 Sports Group» adı altında idmançıların hüquqlarını və problemlərini qaydalar çərçivəsində həll etməyə çalışacaq. Struktura əsasən Maqreydi haqqında danışılan agentlikdə məsləhətçi kimi fəaliyyət göstərəcək. Eyni zamanda televiziadakı işini də davam etdirəcək. Onil isə agentliyin sahibi olacaq. Alınan məlumatlara görə, yeni yaradılmış agentliyə lisenziya gələn ilin yanvarında veriləcək.
Basketbolçular yeni agentlik yaradırlar