Rio-2016 Yay Olimpiya oyunlarının 200 metr qaçış üzrə iştirakçısı Cica Stivens 18 ay müddətinə diskvalifikasiya olunub. Səbəb atletin dopinq tesdən boyun qaçırması olub. 25 yaşlı amerikalı qaçışçı bu cəza ilə barışmaq istəmir. O, bildirib ki, mənim bundan xəbərim yoxdur. Dopinq üzrə yoxlanış aparan məmurlar bir neçə dəfə təqsirkarla əlaqə saxlamaq istəsələr də, bu alınmayıb. Cica Stivens gah telefonunu söndürüb, gah da qapını açmayıb. Hətta o, bir dəfə mobil nömrəsini də dəyişib. «Doğrusu heç bir yalanı qəbul etmirəm. Telefonumun enerjisi qurtardığı üçün mənə zəng çatmayıb. Məmurların qapını döyməyini də eşitməmişəm. Çünki çox bərk yatıram. Nömrəmi dəyişmişəm, ona görə ki, mənə naməlum zənglər gəlir. Bu isə məni narahat edir», - deyə amerikalı atlet açıqlama verib.