Nurməhəmmədov hələ döyüşmək istəmir

Nurməhəmmədov hələ döyüşmək istəmir

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qeytci ilə görüşdə iştirak etməyəcək. Bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.O, Nurməhəmmədovun UFC 253 çempionatında iştirak etməyəcəyini söyləyib. Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüş keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

Qeyd edək ki, Castin Qeytci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.