Karate üzrə Avropa çempionu Ayxan Mamayev əməliyyat olunub.
Bu barədə idmançı İnstaqram hesabında məlumat verib. O, dizindən əməliyyat edilib. Ayxan əməliyyatının uğurlu keçdiyini bildirib.
Qeyd edək ki, Ayxan Mamayev karate üzrə Avropa çempionatının qalib və mükafatçısı, I Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının (Palembanq-2013, Bakı-2017) qızıl medalçısı olub.