MMA-nın rusiyalı qarışıq üslüb döyüşçüsü Məhəmməd İsmayılov Soçidə keçirlən ACA 107 turnirində Aleksandr Yemelyanenkonu nokauta salıb. M.İsmayılov döyüş ərzində üstünlük təşkil edirdi. Hakim, A.Yemelyanenkonun texniki nakaut ilə məğlubiyyətini qəbul edərək, üçüncü raundun sonunda döyüşü dayandırıb. Aleksandr Yemelyanenko məğlubiyyətini belə şərh edib: “Hər şey keçir. Bu da keçəcək”.
Xatırladaq ki, M.İsmayılov 2019-cu ilin dekabr ayında A.Yemelyanenkonu döyüşə dəvət etmişdi. Qarşılaşmanın apreldə keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbi ilə turnir təxirə salınmışdı.