“Döyüş adasında” qalib müəyyən olub

“Döyüş adasında” qalib müəyyən olub

MMA-nın avstraliyalı qarışıq üslub döyüşçüsü Robert Uittaker UFC Fight Island 3 turniri çərçivəsində ingilis Darren Tilli məğlub edib. Orta çəki dərəcəsində mübarizə aparan idmançıların qarşılaşması Abu Dabidə “Döyüş adasında” keçirilib. Avstraliya təmsilçisi hakimlərin yekdil qərarı (48-47, 48-47, 48-47) ilə rəqibi üzərində qələbə qazanıb.

Qələbə sayəsində R.Uittaker orta çəki dərəcəsində çempionluq kəməri uğrunda mübarizəyə qatılacaq. O, İsrail Adesanya və Paulo Kosta arasında döyüşün qalibi ilə görüşəcək.