Britaniyalı ağırçəkili boksçu Devid Hey Kliçko qardaşlarından biri ilə yenidən qarşılaşmaq və çempion titulunu geri qaytarmaq niyyətindədir. İki çəki dərəcəsində keçmiş dünya çempionu olan Devid Hey sentyabr ayında öz həmyerlisi Tayson Fyuri ilə döyüşəcək. Bu döyüş Devidin qələbəsi ilə başa çatarsa, onun Kliçko qardaşları ilə "haqq-hesab” çürütmək şansı artacaq.
"Fyuri ilə keçirəcəyim döyüşü azarkeşlərimə həsr edəcəyəm. Ümid edirəm ki, qalib gələcəyəm və bundan sonra ukraynalı qardaşlardan biri ilə döyüşəcəyəm. Kliçko qardaşları ciddi rəqibdirlər. Amma onların yekəpər olmaları məni qorxutmur”, - deyə 32 yaşlı britaniyalı vurğulayıb.