Nadal rəqiblərini ələ salır?

Nadal rəqiblərini ələ salır?

Dünya şöhrətli tennisçi Rafael Nadal sosial şəbəkədə azarkeşləri ilə söhbət edərək, maraqlı fikirlər bildirib. «Get Rafa Moving » həştəqi altında o, izləyicilərinin suallarını cavablandırıb. Rəqibləri barəsində ispaniyalı tennisçi bunları deyib: «Mənim ən sevimli rəqibim qalib gəldiyim həmkarlarımdır. Məhs bu səbəbdən Roje Federeri, Novak Cokoviçi, Endi Marreyi və David Fereri çox sevirəm (gülür). Onlarsız mən çox darıxaram. Sizcə, bəs mən kimə qalib gəlib, sevinərəm?!». Bunu azarkeşlər fərqli qarşılayıblar. Çoxları fikirləşir ki, Nadal rəqiblərini ələ salır. Digər bir qisim isə bunu zarafat kimi qəbul edib. Qeyd edək ki, tennis üzrə bütün yarışlar pandemiya səbəbindən iyulun 31-dək dayandırılıb.​ ​ ​ ​