Çempionun son döyüşü

Çempionun son döyüşü

Mütləq Döyüş Çempionatının (UFC) çempionu Həbib Nurməhəmmədov karyerasının son döyüşünü kanadalı idmançı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

Bu fikirləri UFC-nin rəhbəri Deyna Uayt ESPN telekanalına müsahibəsində bildirib.
O, irlandiyalı döyüşçü Konor Makqreqorun da H.Nurməhəmmədovla cavab görüşü keçirmək istədiyini vurğulayıb. UFC rəhbəri rusiyalı idmançının döyüş sənətində özünü yaxşı göstərdiyini və onun istədiyi döyüşü təşkil etməyə hazır olduğunu da bildirib.
Rusiyalı döyüşçünün sentyabrın 19-da amerikalı Castin Getji ilə döyüşü planlaşdırılsa da, Rusiya komandası bunun baş tutmayacağını bildirib. Qeyd edək ki, H.Nurməhəmmədovun atası, həmçinin məşqçisi Abdulmanap Nurməhəmmədov iyulun 3-də ömrünün 58-ci ilində koronavirus infeksiyasına yoluxduqdan sonra səhhətində yaranan problemlərə görə vəfat edib.
Otuz bir yaşlı H.Nurməhəmmədov karyerası ərzində keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Yarımorta və orta çəkidə UFC-nin keçmiş çempionu olan kanadalı döyüşçünün aktivində isə 26 qələbə, 2 məğlubiyyət var.​