Norveçli biatlonçu Yohannes Byö yeni mövsümə hazırlığını davam etdirir. İlkin olaraq o, özü üçün sifariş etdiyi tüfəngi şəxsi instaqram səhifəsində nümayiş etdirib.
İzləyicilərinə müraciət edən Byö bunları yazıb: "Yeni mövsümə ciddi hazırlaşıram. Tüfəngimin üstündəki panda xoşunuza gəlir?"
Məlumat üçün bildirək ki, Yohannes Byö 2019-2020-ci illər mövsümü üzrə Dünya kubokunun qalibi olub.